“Azərbaycanda gənclərdə bu sahəyə marağı artırmaq üçün əlimizdən gələni edəcəyik”
“Teknofest” 4 ildir Türkiyədə keçirilir və bu festivalı ölkə hüdudlarından kənarda ilk dəfə qardaş Azərbaycanda keçirilir.
Bunu Trend-ə açıqlamasında Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar bildirib.
Onun sözlərinə görə, Azərbaycanda olan gənclərin yeni nəsil texnologiyalarla tanış olması, texnologiya sahəsinin inkişafı üçün bu festival önəmli yer tutur.
“Azərbaycanda texnologiyanın inkişafı, gənclərdə bu sahəyə marağı artırmaq üçün əlimizdən gələni edəcəyik. SİHA-larımız hazırda da buradadır. Lakin bizim bu texnologiyaları daha da inkişaf etdirəcək kadrlara ehtiyacımız var. Onlarda da ancaq bu cür festivallarda maraq oyanır, xəyal qura bilirlər. Bu səbəbdən “Teknofest” hər iki ölkədə texnologiyanın inkişafı, bu sahədə gələcək kadrların yetişməsi üçün mühüm rol oynayır” – deyə H. Bayraktar bildirib.