15 İyun 2024

Azərbaycanda 27,5 tondan çox yararsız qida məhsulu məhv edilib

Azərbaycanda 27,5 tondan çox istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, “Panasam” MMC-yə məxsus ümumi çəkisi 220 kq olan müxtəlif növ kolbasa məhsulu, “Klin-Pro” MMC-yə məxsus ümumi çəkisi 54 kq yağ məhsulu, “Food Fish” MMC-yə məxsus ümumi çəkisi 1,26 ton dəniz məhsulu, “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 270 kq dəniz məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 25,72 ton müxtəlif növ qida məhsulu isə “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.