27 İyul 2024

Azərbaycan və Ermənistan BU TARİXDƏ sərhədlərin delimitasiyasını müzakirə edəcək

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında iclas keçiriləcək. 

Musavat.com xəbər verir ki, bu barədə Caliber.az-a diplomatik mənbələrdən məlumat daxil olub. 

Məlumata görə, noyabrın 29-u və 30-da Ermənistan-Azərbaycan sərhədində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında iclasın keçirilməsi planlaşdırılır. Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib.

İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özləri həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir. Sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.