29 Mart 2024

“Azərbaycan Təbiətinə Səyahət” layihəsinin icrasına başladı

Sosialmedia.az xəbər verir ki, “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Təşkilat 1 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Azərbaycan Təbiətinə Səyahət” layihəsinin icrasına başlamışdır.

Layihəninin əsas məqsədi orta məktəb şagirdlərindən ibarət, ümumilikdə 60 nəfər şagirdin 3 milli parka ekskursiyasını təşkil etməklə onların təbiətə adaptasiyasına dəstək olmaq, ekoloji bilgiləri möhkəmləndiməkdir.
Layihə 3 ay davam edəcək (01.09.2022-01.12.2022). Layihə çərçivəsində üç milli park müəyyən ediləcək (Abşeron, Şirvan, Şahdağ milli parkları) və bu milli parklara şagirdlərin ekskursiyası təşkil ediləcəkdir.
12.09.2022 il tarixində Abşeron Milli Parkına ekskursiya təşkil ediləcəkdir.