27 İyul 2024

Azərbaycan suverenliyini tam bərpa etdi

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasına son qoydu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il noyabr tarixində dövlətlər arasında Üç Tərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü maddəsində deyilirdi ki, qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib, Azərbaycan ərazisini tərk edəcəklər. Lakin, Ermənistan üstündən 3 il vaxt keçməsinə baxmayaraq, məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata keçirtdilər və beləliklə, sazişin maddələrinə riayyət etmədilər. Nəticədə, Azərbaycan ərazilərini minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar top və artilleriya qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə minalar basdırdılar. Bununda qarşılığında Azərbaycan sentyabr ayının 19-da günorta saatlarında Qarabağda öz ərazisində suverenliyi təmin etmək üçün lokal xarakterli antiterror əməliyyatına başladı. Lokal xarakterli antiterror tədbiri cəmi bir gün ərzində həyata keçirildi və nəticədə Azərbaycan öz suverenliyini bərpa etdi və qanunsuz erməni silahlı birləşmələrini öz mövqelərindən çıxartdı. Bununlada Ermənistan dövlətinə göstərdiki, onların bundan sonrada həyata keçirəcəkləri təxribatlara layiqli cavab veriləcəkdir. İkinci Qarabağ Müharibəsində olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən mövqelərinin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan əsgəri öz gücünü, mübarizliyini, cəsurluğunu göstərərək qısa zaman ərzində hərbi uğurlar əldə etmişlər. Ermənistan ordusunun böyük hissəsi məhv edilmiş, hərdi texnikalar sıradan çıxarılmışdır. Əlbəddəki, humanist siyasətimizdən, insan faktorunun üstun tutlmasından irəli gələrək antiterror əməliyyatı zamanı mülki əhaliyə toxunulmamış, onunların təhlükəsizliyi qorunmuşdur.

Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ailə üzvləri ilə birlikdə həmin paradda iştirak etməsi onun qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi