27 İyul 2024

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir

Bu il 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Dövlətimizin başçısı İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın işində fəal iştirak edir. Həmçinin ölkəmiz ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Qeyd edək ki, 2022-ci il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdur.

Prezident İlham Əliyev Zirvə toplantısında çıxışı zamanı Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Xatırladaq ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana edib. Bu isə bir daha iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını nümayiş etdirir.

Toplantıda qeyd olunub ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə ölkəmiz özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hazırda hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.

Bu gün Azərbaycanda münbit sərmayə iqlimi mövcuddur. Nəticədə son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliiyev Mərkəzinin əməkdaşı