19 Aprel 2024

Azərbaycan diplomatiyasının uğuru

25 noyabr 2022-ci ildə ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükısizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Cənab Prezident İlham Əliyev ABŞ, PAKİSTAN, TÜRKİYƏ, ŞOTLANDİYA, GÜRCÜSTAN və s. olan konfrans iştirakçılarının suallarını cavablandırmışdır.

Cənab Prezident ölkəmiz haqqında, gələcək iqtisadi hədəflər, məqsədlər, həmçinin xalqımızın nə qədər dərin mədəni köklərə malik olduğunu, ölkəmizdə yaşayan hər bir etnik qrupun heç bir dini, milli ayrı seçkiliyə qalmadığını, birlikdə mehriban bir şəraitdə yaşadıqlarını qonaqların diqqətinə çatdırmışdır.

Səfər çərçivəsində istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin səfərin mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında diqqəti çəkən mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü siyasətə böyük dəyərin verilməsi oldu.

Günümüzün əsas çağırışı olan bu məqama da xüsusi diqqət yönəldildi ki, yalnız bir neçə ölkənin beynəlxalq hüququn normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyin gələcək üçün yeganə imkan və seçim olduğu bir daha açıqlandı. Dövlətimizin başçısı İlham Əliyevin elə bir xarici səfəri yoxdur ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllindən bəhs olunmasın. İşğal və postmünaqişə dövrlərindən geniş bəhs edən Prezident İlham Əliyevin diqqət göstərdiyi əsas məsələ bəzi aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər olur. Serbiyaya səfəri zamanı mətbuata bəyanatında da dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 27 il icrasını gözləməsindən bəhs etdi. Bildirdi ki, bəzən bu qətnamələr bir neçə saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə biz 27 il gözlədik. Dövlətimizin başçısı mətbuata bəyanatında bu çağırışı etdi ki, ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı