27 İyul 2024

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olacaq.

“Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə yeddi xalla dördüncü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika – Azərbaycan

Baş hakim: Gerqo Boqar (Macarıstan)

Brüssel. “Kinq Baudouin”/Report