27 İyul 2024

Avdeyevkada Rusiya bayrağı qaldırıldı – daha bir şəhər işğal edildi

Ukraynanın sosial şəbəkələrində silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırskiyə qarşı ittihamlar yağmağa başlayıb

Rusiya  qoşunları  fevralın 17-də günortadan sonra Avdeyevka şəhər administrasiyasının binası üzərində dövlət bayrağını asıblar.  

Beləliklə, oktyabr ayından bəri  intensiv atəş altında olan Avdeyevka rəsmən Rusiyanın nəzarətinə keçib, Ukrayna ordusu isə qərbə doğru əvvəlcədən hazırlanmış mövqelərə geri çəkilib.

Fevralın 16-sı gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi sosial şəbəkələrdə qoşunların Avdeyevkadan  tam çıxarıldığını açıqlayıb. Ukraynanın sosial şəbəkələrində silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırskiyə qarşı ittihamlar yağmağa başlayıb, hətta generalı “düşmənlə müqavilə bağlayıb şəhəri təslim eməkdə” də ittiham edirlər. 

60368b1e1c0d6c9b5d8e610c4240b334.jpg (72 KB)

Bildirilir ki, 3-cü Ukrayna hücum briqadası əmrləri  yerinə yetirməyib, bununla da şəhərin  müdafiəsinin dağılmasına şərait yaradılıb.

 “Condottierro” Telegram kanalı iddia edir ki, Ukrayna Silahlı Qüvvələri iki gün ərzində 2,5 mindən çox  canlı qüvvəsini itirib. Rusiya  tərəfinin iddiasına görə,  Ukrayna ordusu Durna çayının su səddin xəttinə, Berdıçi-Semyonovka-Orlovka-Umanskoye yaşayış məntəqələrində müdafiə səngərləri qazmağa başlayıblar. Həmin istiqamətdə 4-6 min hərbçi  olduğu təxmin edilir. Ukrayna Silahlı Qüvvələrinin əsas qüvvələri Krasnoarmeyskdə (Pokrovsk) yerləşir. Burada rotasiya bazaları, xəstəxanalar və avadanlıqların təmiri də var.

 Rusiya ordusu artıq Çasov Yar-Drujkovka-Konstantinovka istiqamətində irəliləməyə başlayıb, bu istiqamətədə  güclü artilleriya hazırlığı aparılır.

9e483c3fae2d93827495f51d616276de.jpg (101 KB)

Ukrayna mənbələri Rusiya ordusunun növbəti hücumunun üç istiqamətdə gözləyirlər:

Cənub cəbhəsində Ukrayna Silahlı Qüvvələrinin bütün qruplaşması üçün təhlükə yaradacaq Pavloqrada hücum perspektivi ilə “DXR”-nin qərbində Pokrovska doğru; 

Çasov Yar və Slavyansk-Kramatorsk-Drujkovka-Konstantinovka şəhər aqlomerasiyasına irəililəmək; 

Orexovdan Zaporojye və Dnepropetrovska doğru getmək. 

Beləliklə, Rusiya ordusu 2014-cü ildən bəri Ukrayna Silahlı Qüvvələrinin ən möhkəmləndirilmiş şəhərini  4 aylıq intensiv hücumlardan sonra işğal etdi. Avdeyevkanın işğal altına düşməsi Ukrayna artilleriyasının Donetskdəki hədəfləri vurmağı əngəlləyəcək, Donbasın isə maddi-texniki təchizatını bərpa etmək mümkün olacaq.  

Orxan ƏLİYEV, 
Musavat.com