02 Mart 2024

“AİKTSA” yeni bir layihənin icrasına start verib

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyası” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “İKT-də Qadınlar və qızlar” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi ölkədə qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), eləcə də informasiya və kommunikasiya texnologiyaları kimi qeyri-ənənəvi təhsil sahələrinə yönəldilməsi və karyera istiqamətlərini seçməyə yönəlik həvəsləndirmə fəaliyyətlərinin aparılmasıdır.

Layihə rəhbəri Elvin Abbasov qeyd edib ki, layihə dövründə 35 nəfər qadın və qıza peşəkar təlimçilər tərəfindən İKT təlimləri keçiriləcək və İKT-də Qadınlar və qızların rolunu. Eyni zamanda payını artırmaq istəyirik.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyası”  İB-i tərəfindən həyata keçiriləcək ilə  “İKT-də Qadınlar və qızlar” layihəsinin icrası 3 ay müddətində (01.02.2023-30.04.2023) nəzərdə tutulub.