27 İyul 2024

Aİ liderləri Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyiblər

“Avropa İttifaqının (Aİ) sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib”.

Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel deyib.

Aİ Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, 27 liderin hamısı təşkilatın büdcəsi çərçivəsində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması barədə razılığa gəliblər.

“Bütün 27 lider Aİ büdcəsindən Ukraynaya dəstək paketinin bir hissəsi olaraq əlavə 50 milyard avro ayırmağa razılaşıb”, – deyə Mişel bildirib.

Əgər bu vəsait Kiyevə vaxtında ödənilərsə, bu onun Brüsseldən büdcədən maliyyələşməsinin 2023-cü illə müqayisədə 1,5 dəfə azaldığı anlamına gələcək. 2023-cü il üçün Avropa İttifaqı Kiyevə ayda 1,5 milyard avro ödəməklə 18 milyard avro ayırıb, dörd il ərzində 50 milyard avronun ayrılması isə ayda 1,02 milyard avro məbləğində ödəniş deməkdir.//Oxu.az