25 İyun 2024

Ağstafanın Poylu kəndində 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib

Ağstafada 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

06 iyun 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Poylu kənd” Ərazi Partiya Təşkilatında 15 iyun – Milli Qrutuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Daha sonra çıxış edən natiqlər – Poylu kənd 2 saylı Körpələr evi – uşaq bağçasının müdiri Aysel Mehdiyeva, Poylu kənd 1 saylı Körpələr evi – uşaq bağçasının müdiri Təranə Tanrıverdiyeva, Poylu kənd tam orta məktəbin müəllimi Elsevər Rzayev, YAP Ağstafa rayon təşkilatının əməkdaşları Əfqan Qasımov və Yunis Eyyubov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer qazandı.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.