04 Noyabr 2024

Ağstafalı şəhidimiz Vəli Mustafayev dəfn olunub

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Mustafayev Vəli Ceyhun oğlu Ağstafa rayon Qarahəsənli kənd qəbirstanlığında torpağa tapşırılıb.

İlk öncə şəhidimizin doğma evində vida mərasimi keçirilib. Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edənlər şəhidimizin ailəsinə Allahdan səbr diləyiblər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vəli Mustafayevin tabutu üzərindəki dövlət bayrağını şəhidin atasına təqdim edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!