27 İyul 2024

Ağstafada Vətən müharibəsi şəhidi Quliyev Rusif Asim oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb

03 noyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Yenigün kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Cəlilov Xaləddin Asəf oğlunun və Cəfərov İbrahim Şamil oğlunun məzarları da ziyarət olunub, üzərilərinə gül dəstələri düzülüb, əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları Rusif Quliyevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Rusif Quliyev 2020-ci il noyabr ayının 3-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.