27 İyul 2024

Ağstafada şahmat üzrə rayon turniri keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyinə həsr  olunmuş uşaq və yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilib.

Yarış Qazax–Tovuz Regional Təhsil idarəsinin Ağstafa rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin inzibati binasında təşkil edilib.

Yarışda 8-10, 10-12 yaş qrupundan olan 40 nəfər oğlan və qız şahmatçı iştirak edib.

Keçirilən yarışda 8-10 yaş qrup üzrə şahmatçılar arasında 1-ci yeri Abdullazadə Naib Cavid oğlu, 2-ci yeri Abdullazadə Hacı Fərid oğlu, 3-cü yeri Binnətova Aytən Fariz qızı tutmuşdur.

10-12 yaş qrup üzrə isə şahmatçılar arasında 1-ci yeri Hüseynli Kənan Qasım oğlu, 2-ci yeri Məmmədov Tunar Qəzənfər oğlu, 3-cü yeri Qocayev Murad Elşad oğlu tutmuşdur.

Keçirilən turnirdə yarışın qalibləri YAP Ağstafa rayon təşkilatı tərəfindən diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.