27 İyul 2024

Ağstafa rayonunda vətən müharibəsi şəhidi Elvin İmaməliyevin doğum günündə xatirəsi anilib

09 may 2023-cü il tarixdə ağstafalı Vətən müharibəsi şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günü münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ərazi Partiya Təşkilatlarının fəalları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Vətən müharibəsi şəhidləri Hüseynli Əliheydər Səlahəddin oğlunun, Əmrahov Emin Əvəz oğlunun, Quliyev Təbriz İlqar oğlunun, Abdullayev Elgün Əmirxan oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Məlumat üçün bildiririk ki, Elvin İmaməliyev Vətən müharibəsində göstərdiyi cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb. Ağstafanın ən gənc direktoru kimi adını tarixə yazdıran Elvin İmaməliyev həm də Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatı Gənclər Birliyinin sədri idi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!