27 İyul 2024

“Ağgöl Milli Parkı”ında turizmin inkişafı üçün əlverişli şərait var:Hikmət Heydərov

“Ağgöl Milli Parkı”ında turizmin inkişafı üçün əlverişli şərait var: bu barədə Qarabağ Regional Turizm İdarəsinin rəisi Hikmət Heydərov bildirib.

Mayın 22- də ” Bioloji Müxtəliflik Günü ” ilə bağlı ” Ağgöl Milli Parkı”na səfər edən Qarabağ Regional Turizm İdarəsinin rəisi Hikmət Heydərov bildirib ki, ” Ağgöl Milli Parkı”nda turizm üçün əlverişli şərait var. Turistlərin milli parka cəlb etmək üçün infrastruktur təkmilləşdirilməlidir. İlk növbədə milli parkın yolları abadlaşdırılmalı , gələn qonaqlar üçün nəqliyyatın rahatlığı təmin olunmalıdır.Nəqliyyat infrastrukturunun yenidənqurmasından sonra otel-iaşə xidmətlərinin təşkili həyata keçirilməli, turistlərə yüksək səviyyədə qulluq göstərilməlidir. İlkin infrastrukturun yaradılmasından sonra Ağgöl Milli Parkını maraqlı məkana çevirmək olar.

Hikmət Heydərov Ağgöl Milli Parkına fokuslana biləcək turistlərdən danışarkən qeyd edib ki, balıqçılıq və oreontologiya ilə maraqlananlar üçün ərazi olduqca cəlbedicidir. Ağgöl Milli Parkının zəngin canlılar növü buraya gələnlərdə təbiət haqqında daha da ətraflı məlumat almaq imkanları yaradır ki, bu da qonaqların zövqünə yaraya bilər.

İdarə rəisi Milli Parkın özəl xüsusiyyətini dəyərləndirərək vurğulayıb ki, yay ayları isti olduğundan turistlər üçün ərazini qənaətbəxş hesab etmək olmaz. Yaydan kənar fəsillərdə isə Milli parkda turistlər üçün mətbəx, müşahidə, həvəskar turistləri üçün hərtərəfli şəraitin yaradılması mümkündür.

Milli parkın imkanları ilə tanış olan Qarabağ Regional Turizm İdarəsinin rəisi Hikmət Heydərov müvafiq qiymətləndirilmənin aparılmasının və prespektiv planmlaşmanın mümkünlüyünü bildirib. Bunun üçün də Ağgöl Milli Parkının rəhbərliyi ilə əməkdaşlıq münasibərlərinin davamlı olacağını qeyd edib.