09 Dekabr 2022

“Ağdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb”

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

Bu haqda Media1.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb”, – məlumatda qeyd olunub.