19 Aprel 2024

Bərdə şəhərindəki küçələrdən birinə şəhid Əli Məmmədzadənin adı verilib

Bərdə şəhər Cavanşir küçəsinin adına dəyişiklik edilib.

Media1.az xəbər verir ki, küçə indi Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olmuş şəhid Məmmədzadə Əli Turan oğlunun adını daşıyır.

Əsgər Məmmədzadə Əli Turan oğlu 15.02.2002-ci il tarixində Bərdə rayon Mirzalıbəyli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan  Vətən müharibəsində Şuşanın azad edilməsində iştirak etmiş və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Əsgər Məmmədzadə Əli Turan oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.