09 Dekabr 2022

44 günlük müharibədə ölən ermənilərin yeni sayı açıqlandı – ŞOK RƏQƏM

Noyabrın 16-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin rəhbərliyi ilə Qafqaz üzrə dinləmələr keçirilib. Dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edib.
Turkustan.az xəbər verir ki, Senatın komitə rəhbəri, ermənipərəst Robert Menendez məruzəçilərə regiondakı vəziyyət, eləcə də 44 günlük müharibə və onun nəticələri ilə bağlı bəzi kəskin suallar verməklə onları dolayısı ilə qısnamaya məruz qoyub.
Senator Menendezin sualları daha çox anti-Azərbaycan xarakterli olub. O, məruzəçilərdən Ermənistanın xeyrinə istədiyi cavabları ala bilmədiyinə görə bu dinləməni indiyə qədər keçirdiyi “ən pis dinləmələrdən biri” adlandırıb.

“Ancaq bu, mənə nəyisə başa düşməyə imkan verdi. Onlardan biri odur ki, ABŞ Azərbaycanı dəstəkləyir”, – deyə ermənipərəst senator vurğulayıb. O, Azərbaycana qarşı bəzi kəskin ittihamlar da səsləndirib.
Qeyd edək ki, Robert Mendrez məruzəçilərlə polemika apararkən 44 günlük müharibə ilə bağlı bir maraqlı fakt da üzə çıxıb.
Ermənipərəst senator deyib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində 6500 erməni hərbçi öldürülüb. Bu, Ermənistanın itkilərinə dair rəsmi şəxsin dilindən səslənən ilk belə böyük rəqəmdir. Çünki İrəvan rəsmiləri, o cümlədən baş nazir Nikoil Paşinyan indiyə kimi ermənilərin 44 günlük müharibədəki itkilərindən danışarkən həmişə 3900-4000 rəqəmini səsləndiriblər.
Xatırladaq ki, Robert Menendez ABŞ Konqresindəki erməni lobbisinin üzvüdür və ermənipərəst həmkarlarının anti-Azərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyib. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri kimi o, erməni lobbisinin maraqlarını ABŞ-da yeritmək, o cümlədən Azərbaycanın ünvanına qeyri-konstruktiv tənqid səsləndirmək, “Ermənistanın və Qarabağ ermənilərinin qanunsuz blokadaya alınması“ ilə bağlı Türkiyə və Azərbaycanın ünvanına sağlam təfəkkürə zidd olan ittiham səsləndirmək üçün çox iş görüb. (modern.az)