27 İyul 2024

Ağcabədidə ekoloji aksiya keçirilib

Avqustun 26-da Ağcabədi rayonunun ərazisində ekoloji aksiya təşkil olunub.

Ekoloji aksiya əsasən 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.

Beyləqan -Ağcabədi magistral yolunun Ağgöl Milli Parkına dönən hissəsində keçirilən eko aksiyada Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da iştirak edib.

Ekoloji aksiyada regional ekologiya idarəsi ilə birlikdə Ekoloji İnformasiya İB-yi, Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları ,ASAN Ağcabədi mərkəzinin könüllüləri, eləcədə xeyli sayda fəal rayon sakinləri iştirak ediblər.

Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşəbbüsü ilə şənbə günlərində mütəmadi olaraq belə aksiyalar keçirilir.