08 Noyabr 2024

Ağ Ev: Rusiya Ukraynada nüvə silahından istifadə etmək niyyətində deyil

Rusiya Ukraynada nüvə silahından istifadə etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib. Onun sözlərinə görə, Rusiya Qərb ölkələrinin Ukraynaya tanklar tədarük etməsinə baxmayaraq, nüvə silahından istifadə etmək fikrində deyil.

“Mən sizə sadəcə olaraq deyərdim ki, bizdə cənab Putinin taktiki və ya başqa bir şəkildə nüvə silahı istifadə etmək niyyətində olduğuna dair heç bir məlumat yoxdur”, – Kirbi bildirib.

Bundan əvvəl Ağ Evin sözçüsü bildirmişdi ki, ABŞ Ukraynaya tankların tədarükünə görə Rusiyadan NATO-ya heç bir təhlükə görmür.

Ağ Evin sözçüsü Con Kirbi brifinq zamanı bildirib ki, Kiyevə silah tədarükü təkcə müdafiəyə kömək etməyəcək, həm də itirilmiş ərazilərin, o cümlədən Krımın qaytarılmasına imkan verəcək.