27 İyul 2024

ABŞ-Ermənistan birgə hərbi təlimləri ilə bağlı açıqlama

Ermənistan növbəti həftə Birləşmiş Ştatlarla birgə hərbi təlimlər keçirəcəyini bəyan edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Reuters xəbər verir ki, birgə təlimlər Rusiyanı narahat edib.

Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, sentyabrın 11-20-də keçiriləcək “Qartal tərəfdaşı” təlimlərinin məqsədi qüvvələri beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaqdır.

ABŞ ordusunun sözçüsü təlimdə 85 amerikalı əsgər və 175 erməninin iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, amerikalılar, o cümlədən 20 ildir Ermənistanla təlimlərdə əməkdaşlıq edən Kanzas Milli Qvardiyasının üzvləri tüfənglə silahlanacaq və ağır silahlardan istifadə etməyəcək.