Tərtərin Çaylı və Suqovuşan kəndləri ən təhlükəli ərazilərdən hesab olunur
Ermənistan ordusu tərəfindən minalar və partlamamış döyüş sursatları ilə çirklənmiş ərazilərdən biri də Tərtərin Çaylı və Suqovuşan kəndləridir ki, bu ərazilər ən təhlükəli ərazilər hesab olunur.
Artıq bir neçə aydır ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən həmin ərazilərdə mina təmizləmə əməliyyatları həyata keçirilir.
Aparılan mina axtarışları zamanı ərazidən müxtəlif adda 1017 ədəd mina və partlamamış döyüş sursatları tapılaraq zərərsizləşdirilib.
Daha ətraflı Baku TV-nin süjetində: