22 Noyabr 2024

Cüdoçumuzdan bürünc medal

Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb

Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışına start verilib. 

Media1.az AYNA-ya istinadən xəbər verir ki, 93 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edir. Yarışın ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Qeyd edək ki, “Böyük Dəbilqə”yə aprelin 3-də yekun vurulacaq.