Millimizin Serbiya ilə oyununun hakimləri bəlli olub
Matçı israilli hakimlər idarə edəcək
Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Media1.az AFFA-ya istinadla xəbər verir ki, oyun israilli hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Roi Reinshreiber olacaq. Ona David Elias Biton və Sagi Metzamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.
Azərbaycan-Serbiya oyunu martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununu səfərdə Portuqaliya yığmasına qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.