Azərbaycan güləşçisi erməni idmançını məğlub etdi
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycan güləşçisi İslambəy Dadov erməni güləşçini məğlub edib.
Oxu.Az xəbər verir ki, yunan-Roma güləşçisi Dadov təsnifat mərhələsində rumıniyalı Mihay Radu Mihutu 9:0 məğlub edib.
O, 1/8 finalda Polşanı təmsil edən Qevorq Sahakyandan da üstün olub – 4:1.
İslambəy Dadov bununla da Qevorq Sahakyanı Olimpiadaya vəsiqədən məhrum edib.