Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb
Rusiya ordusunun Ukraynanın Odessa şəhərini bombalaması nəticəsində kafedral kilsə dağılıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığının) Odessa yeparxiyası məlumat yayıb.
“2023-cü il iyulun 23-nə keçən gecə Rusiyanın Odessa şəhərinə hücumu zamanı raket Transfiqurasiya kafedralına düşüb. Raket birbaşa mərkəzi qurbangaha dəyib, nəticədə kafedral kilsənin binası və üç aşağı mərtəbə dağılıb, interyer və ikonalar əhəmiyyətli dərəcədə zədələnib”, – məlumatda deyilir.