Dünyanı SİLKƏLƏYƏN hadisə! Məxfi sənədlər və hərbi sirlər ORTAYA ÇIXDI – Bu 5 ÖLKƏ…
Xəbər verdiyimiz kimi, ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “The New York Times” Vaşinqton hökumətinin yaz hücumunda Ukraynaya yardım planlarının Telegram və Twitter vasitəsilə sızdığını və sosial mediaya yayıldığını açıqlayıb. ABŞ-ın Müdafiə Nazirliyi “təhlükəsizliyin pozulması”nı nəzərdən keçirdiyini açıqlayıb, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq departamentin məsələni araşdırdığını qeyd edib.
“The New York Times” yazır ki, məxfi sənədlərdə silah tədarükü, həmçinin batalyon qüvvələri kimi həssas məsələlərlə bağlı cədvəllər və təfərrüatlar var. Səlahiyyətlilər çox məxfi sənədləri kimin sızdırdığını müəyyən etməyə çalışır, ABŞ Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı araşdırmalara başlayıb.
Musavat.com xəbər verir ki, ABŞ mətbuatında yer alan yeni xəbərlərə görə, sızma ehtimal ediləndən çox böyükdür.
“Washington Post” qəzetində yer alan məlumata görə, sözügedən sənədlərdə Ukraynanın döyüş qabiliyyəti, potensial zəiflikləri və NATO-nun işğalı dəf etmək üçün göstərdiyi səylər detallı əks olunub, bundan başqa ABŞ-ın Çin, Macarıstan, İran, Rusiya və digər ölkələrlə bağlı olduqca həssas təhlilləri yer alıb.
Anonimlik şərti ilə danışan ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi vurğulayıb ki, fevralın sonu və martın əvvəlinə aid məxfi sənədlərin əksəriyyəti general Mark A. Milley üçün hazırlanıb və müvafiq təhlükəsizlik icazəsi olan personallar üçün əlçatandır.
“Washington Post” Pentaqona aid orijinal sənədlərin əvvəlcə “Discord”da paylaşıldığını, daha sonra “Telegram” və “Twitter”də yayıldığını iddia edib. Sosial mediada yayılan görüntülərə görə, sızdırılan sənədlərin hamısı şəkilləri çəkilməzdən əvvəl çap edilib və eyni şəkildə 4-ə qatlanıb. Bu, sızmanın mənbəyinin tək bir şəxs olması ehtimalını gücləndirir.
ABŞ rəsmiləri sızmanın arxasında Rusiyanın olduğunu düşünür və Moskva administrasiyasını dezinformasiyada ittiham edir.
Hərbi analitiklər bu cür sızmaların ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı ən ağır cinayətlərdən biri olduğuna diqqət çəkir.
Qeyd edək ki, müharibənin davam etdiyi bir il ərzində Birləşmiş Ştatlar Ukraynaya komandanlıq məntəqələri, sursat anbarları və Rusiya hərbi xətləri boyunca digər əsas nöqtələr haqqında məlumat verib.
ABŞ tərəfindən real vaxt rejimində verilən kəşfiyyat məlumatları ukraynalılara Rusiya qüvvələrini hədəfə almağa və yüksək səviyyəli generalları öldürməyə imkan verib. Budəfəki məlumat sızması isə müharibə başlayandan bəri ictimaiyyətə açıqlanan ilk Rusiya kəşfiyyatı kimi qeydə alınıb.