“Rahat” marketin qabağında şam ağacları kəsilib
Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat Market”in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Media1.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, fakt araşdırılıb, müəyyən olunub ki, rayon ərazisində müxtəlif ünvanlarda quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
Rayonun bir neçə yerində, o cümlədən Buzovna qəsəbəsindəki “Rahat” marketin qarşısında Agentlik tərəfindən qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilib.