22 Noyabr 2024

Tərtərdə 1 Avqust – Azərbaycan dili və Əlifbası gününə həsr olunmuş tədbir keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkisaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin əməkdaşlıği ilə 1 Avqust – Azərbaycan dili və Azərbaycan əlifbası günü ilə əlaqədar olaraq  “ Doğma dilim” adlı görüş təşkil edilib.

Tədbirdə Tərtər rayon Mədəniyyət müəssisəsinə tabe olan təşkilatların əməkdaşları , Gənclərin İnkişaf və Karyera Mərkəzinin könülləri iştirak edib.

Tədbir Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutu ilə başlandı.
Tədbiri giriş sözü ilə açıq elan edən Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova Ana dilimizin tarixi keçmişindən və Ulu öndər Heydər Əliyevin bu sahədə misilsiz xidmətlərindən bəhs edib. Qeyd etdi ki, Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur.  Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Görüşdə GİKM-in Tərtər nümayəndəliyinin könüllüsü Sərxan İsayevda çıxış edib.

Tədbirin sonunda “Heydər Əliyev və dil siyasəti” adlı videoçarx nümayiş olunub.