Vüsal Quliyev: Maarifləndirmə tədbirləri davam etdiriləcək
Konfranslar yekunlaşdıqdan sonra da QHT-lər və ictimai şuraların birgə fəaliyyəti üçün maarifləndirmə tədbirləri davam etdiriləcək.
Media1.az QHT.az-a istinad’n xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Lənkəran şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında bildirib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq bildirib ki, konfranslar yekunlaşdıqdan sonra da QHT-lər və ictimai şuraların birgə fəaliyyəti üçün maarifləndirmə tədbirləri davam etdiriləcək. Çünki vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lər və ictimai şuralar birgə fəaliyyət göstərməli və bu sahənin inkişafı üçün çalışmalıdırlar.