Bərdə Regional Mədəniyyət İdarəsində seminar-müşavirə keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsində regional idarənin rəisi Vəsilə Möhsümovanın rəhbərliyi altında klub və kitabxana işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova regionda mədəni xidmət səviyyəsinin yüksəldilməsi, rayona gələn yerli və xarici qonaqların mədəniyyət müəssisələrinə cəlb edilməsi, klub və kitabxana müəssisələrində əmək intizamına ciddi riayət olunması, vəzifə öhdəliklərinin yerinə yetirilməsi, müəssisələrin fəaliyyətinin günün tələblər səviyyəsində qurulması, kitabxana müəssisələrində “Yay məktəbi” layihəsinin həyata keçirilməsi və oxucuların kitabxanaya cəlb edilməsi məqsədilə müxtəlif layihələrin icra olunması, kitabxanalarda book-kafelərin yaradılması və yeni xidmət növlərinə keçid, azsaylı xalqların mədəniyyət müəssisələrinə cəlb edilməsi və azsaylı xalqların yaradıcı insanlarından ibarət dərnəklərin yaradılması, mədəniyyət müəssisələrində yeni ödənişli xidmət növlərinin yaradılması, mədəniyyət işçilərinin sosial şəbəkələrdə aktivliyinin daha da artırılması ilə bağlı məsələlərə toxunub.
Regional idarənin rəhbərliyi şəhid ailələri və qazilər ilə bağlı keçirilən görüşlərdən danışaraq vurğulayıb ki, şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır və onlarla mütəmadi görüşlər keçirilir.