22 Noyabr 2024

Bərdədə “Əziz Şuşa, Sən azadsan! adlı tədbir keçirilib

Bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli”ilə əlaqədar olaraq “Əziz Şuşa!sən azadsan!”adlı tədbir keçirilmişdir.Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəsi Kəmalə Rəfibəyli, QMƏVŞAİB-nin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova , Bərdə Şəhər İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Asif Abbasov, Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi İctimai Birliyinin sədri Aydın Zeynalov , Aprel döyüşləri qazisi Vüsal Muradov, Vətən müharibəsi qazisi mayor Elçin Mustafayev və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Arifət Əhmədova açaraq qonaqları salamladı. Arifət Əhmədova qeyd etdi ki , Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamına əsasən bu il “Şuşa İli” elan olunmuşdur.Bu sərəncama uyğun olaraq “Əziz Şuşa! sən azadsan! ” adlı tədbirimizi açıq elan edirəm və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edək. Arifət Əhmədova məruzəsinə Ulu Öndər Heydər Əliyevin sitatı ilə başladı:”Şuşa Azərbaycanın gözüdür , Şuşa hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir.A.Əhmədova qeyd etdi ki, Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”və”Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar.Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.Ancaq qüdrətli Azərbaycan ordusu 28 il sonra doöma Şuşamızı bizə geri qaytardı.Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi.Tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib.     “Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”-Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının qurulmasından xəbər verir. Əminik ki, ölkəmizin dayanıqlı inkişaf tempi, region və dünyada strateji, iqtisadi əhəmiyyəti, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda ən qısa zamanda bütün sahələrdə, uğurla icra olunacaq inkişaf strategiyası və nailiyyətlər əldə olunacaq.
Tədbirdə Bərdə rayon Heydər Əliyev Mərkəzinin elan etdiyi “Əziz Şuşa! sən azadsan!”inşa müsabiqəsinin iştirakçıları mükafatlandırıldı.
Sonra QMƏVŞAİB-nin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova çıxış
edərək bildirdi ki , Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb.
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəsi Kəmalə Rəfibəyli bildirdi ki , ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin sənədlər birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da bizə əlavə güc verdi.
Sonra Aprel döyüşləri qazisi Vüsal Muradov çıxış etdi. O , döyüş təəssüratlarını bölüşərək həmin əməliyyatlarda AƏrbaycan Silahlı Qüvvələrinin misilsiz şücaətindən danışdı.
Vətən müharibəsi qazisi mayor Elçin Mustafayev bildirdi ki , Azərbaycan əsgərinin hünəri, qəhrəmanlığı qısa müddətdə erməni silahlılarını qorxuya saldı,düşmən vahimə içində döyüş mövqelərini tərk edərək qaçdı.
Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi İctimai Birliyinin sədri Aydın Zeynalov belə tədbirlərdə gənclərin, yeni nəslin iştirakının əhəmiyyətini vurğuladı.Tədbirin yekununda Bərdə Şəhər İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Asif Abbasov çıxış edərək Şuşa zəfərinin Azərbaycanın ən şanlı tarixlərindən biri olduğunu qeyd etdi. Sonda Bərdə şəhər 1 saylı uşaq -incəsənət məktəbinin müəllimi Rəhman Təhmazov ” Şuşam” mahnısını ifa etdi.