Daha iki sahibkara Ağdam Sənaye Parkının rezidenti statusu verildi – FOTO
Daha iki sahibkara Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 9-a çatıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
“Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, BƏƏ kapitallı “Expert Services FZE” MMAZM isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək”, – deyə nazir qeyd edib.https://platform.twitter.com/embed/Tweet.html?creatorScreenName=oxuaz&dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3NlbnNpdGl2ZV9tZWRpYV9pbnRlcnN0aXRpYWxfMTM5NjMiOnsiYnVja2V0IjoiaW50ZXJzdGl0aWFsIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd190d2VldF9yZXN1bHRfbWlncmF0aW9uXzEzOTc5Ijp7ImJ1Y2tldCI6InR3ZWV0X3Jlc3VsdCIsInZlcnNpb24iOm51bGx9fQ%3D%3D&frame=false&hideCard=false&hideThread=false&id=1525007867836829702&lang=en&origin=https%3A%2F%2Foxu.az%2Feconomy%2F602403&sessionId=7e541a90e8512ba7ec605b916641b178ee49b206&siteScreenName=oxuaz&theme=light&widgetsVersion=0577b6d654dbc%3A1652396794909&width=550px