Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova ilk tədbirə şəhid filminin təqdimatı ilə başladı
Tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin fəalları iştirak edib.
Media1.az-ın xəbərinə görə mayın 5-də Bərdə rayon Mədəniyyət Mərkəzinin binasında Vətən müharibəsi şəhidi İsmayılzadə Şövqi Raqub oğluna həsr olunmuş filmin təqdimatı keçirilib.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, dövlətimiz tərəfindən onlara yardılan şəraitdən söz açıb.
Regional idarənin rəisi çıxışında qeyd edib ki, şəhid ailələri bizim üçün dəyərdir və bizim hər birimizin bir vətəndaş kimi borucumuzdur ki, hər zaman şəhid ailələrinin yanında olaq.
Sonda Vətən müharibəsi şəhidi İsmayılzadə Şövqi Raqub oğluna həsr olunmuş film nümayiş olunub.