“Qarabağ” Özbəkistanda çıxış edəcək
Beynəlxalq Muğam Mərkəzi Özbəkistanda silsilə konsertləri davam etdirir.
Mərkəzdən “İki sahil”ə verilən məlumata görə, mayın 1-də Türküstanın Sənət sarayında Özbəkistanda səfərdə olan “Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov konsert proqramı ilə çıxış edəcəklər.
“Dostluq körpüsü” adlı konsert proqramı Özbəkistan Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.