Daşkənddə Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığına dair monoqrafiyanın təqdimatı keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbək alimlərin “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Təqdimat mərasimində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Bakıdan gələn digər qonaqlar, bu ali məktəbin professor- müəllim heyəti, tələbələr iştirak edib.
Əvvəl qonaqlar böyük Azərbaycan şairi Nizami Gəncəvinin Universitetin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyub.
Mərasimi universitetin rektoru, professor Abduqaffor Kırqızbayev açaraq bu ali məktəbin tarixi haqqında məlumat verib, universitetin 1947-ci ildən böyük Nizami Gəncəvinin adını daşıdığını bildirib, Azərbaycan-Özbəkistan əməkdaşlığı və ədəbi əlaqələr haqqında çıxış edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, türk dünyası bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş edib və belə görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Əlişir Nəvainin adları fəxrlə çəkilir.
S. Abbasov dahi mütəfəkkir şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu qeyd edərək onların irsinin öyrənilməsi, tədqiq edilməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacib olduğunu vurğulayıb. O, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosenti Gülbahar Aşurova tərəfindən hazırlanan monoqrafiya haqqında fikirlərini bölüşüb, Nizami irsinin təbliği və tədqiqi istiqamətində Özbəkistanda aparılan işlər haqqında məruzə edib.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-2719587456917823&output=html&h=280&adk=3205301385&adf=915330544&pi=t.aa~a.1174207977~i.11~rp.4&w=836&fwrn=4&fwrnh=100&lmt=1649665910&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=3854177932&psa=1&ad_type=text_image&format=836×280&url=https%3A%2F%2Fwww.musavat.com%2Fnews%2Fdaskendde-nizami-gencevi-ve-elisir-nevainin-yaradiciligina-dair-monoqrafiyanin-teqdimati-kecirilib_881846.html&fwr=0&pra=3&rh=200&rw=835&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&adsid=ChAI8KPPkgYQuczCu-Kjjc9WEjkAtV76KOIewXnoYK-X56vGRfBsGvj8QrOx2SK_ZVDGA5saQj81EGzS1_l9tCwRIssn0M9APn_Qp2s&uach=WyJXaW5kb3dzIiwiMC4zLjAiLCJ4ODYiLCIiLCIxMDAuMC40ODk2Ljc1IixbXSxudWxsLG51bGwsIjY0IixbWyIgTm90IEE7QnJhbmQiLCI5OS4wLjAuMCJdLFsiQ2hyb21pdW0iLCIxMDAuMC40ODk2Ljc1Il0sWyJHb29nbGUgQ2hyb21lIiwiMTAwLjAuNDg5Ni43NSJdXSxmYWxzZV0.&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9wYWdlYWQyLmdvb2dsZXN5bmRpY2F0aW9uLmNvbSIsInN0YXRlIjoyOSwiaGFzUmVkZW1wdGlvblJlY29yZCI6dHJ1ZX1d&dt=1649665907031&bpp=11&bdt=4095&idt=11&shv=r20220406&mjsv=m202203300101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Dc848b42c67452fa2-22e8172d4fcd00bf%3AT%3D1646021821%3ART%3D1646021821%3AS%3DALNI_Ma7mPdpSqXBB5m6ei82WyupDPOz7g&prev_fmts=0x0%2C301x250&nras=3&correlator=7308948063165&frm=20&pv=1&ga_vid=1654158941.1646021821&ga_sid=1649665906&ga_hid=1233603137&ga_fc=1&u_tz=180&u_his=1&u_h=900&u_w=1600&u_ah=900&u_aw=1533&u_cd=24&u_sd=1&dmc=4&adx=29&ady=1030&biw=1197&bih=792&scr_x=0&scr_y=0&eid=44759875%2C44759926%2C44759842%2C21067496%2C31064019&oid=2&pvsid=1045135732711574&pem=525&tmod=124038452&uas=0&nvt=1&ref=https%3A%2F%2Fwww.musavat.com%2F&eae=0&fc=1408&brdim=3%2C1%2C3%2C1%2C1533%2C0%2C1230%2C897%2C1214%2C809&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&jar=2022-04-11-07&ifi=3&uci=a!3&btvi=2&fsb=1&xpc=W46MBcBsxd&p=https%3A//www.musavat.com&dtd=3202
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov ötən il böyük şair Nizami Gəncəvinin 880 illiyi, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi müsabiqədə hər iki şairin əsərlərində Türk təfəkkürü və yaradıcılıqları arasında əlaqələrin tədqiqinə dair elmi əsərlər, monoqrafiyaların hazırlanmasının nəzərdə tutulduğunu və bu məqsədlə gözəl bir monoqrafiyanın işıq üzü gördüyünü söyləyib.
Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair və tərcüməçi Maqsud Şeyxzadə ömrünün sonunadək bu universitetdə dərs deyib, özbək dramaturgiyasının inkişafına böyük töhfə verib. Yazıçının “Mirzə Uluqbəy”, “Manquberdi” dramları, “Daşkəndnamə” poeması məşhurdur.
Komitə sədri vurğulayıb ki, Özbəkistan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Komitə sədri deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə Türk dünyasının mədəniyyət paytaxtı olacaq.
Müşfiq Cəfərov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-2719587456917823&output=html&h=280&adk=3205301385&adf=1905182831&pi=t.aa~a.1174207977~i.19~rp.4&w=836&fwrn=4&fwrnh=100&lmt=1649665910&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=3854177932&psa=1&ad_type=text_image&format=836×280&url=https%3A%2F%2Fwww.musavat.com%2Fnews%2Fdaskendde-nizami-gencevi-ve-elisir-nevainin-yaradiciligina-dair-monoqrafiyanin-teqdimati-kecirilib_881846.html&fwr=0&pra=3&rh=200&rw=835&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&adsid=ChAI8KPPkgYQuczCu-Kjjc9WEjkAtV76KOIewXnoYK-X56vGRfBsGvj8QrOx2SK_ZVDGA5saQj81EGzS1_l9tCwRIssn0M9APn_Qp2s&uach=WyJXaW5kb3dzIiwiMC4zLjAiLCJ4ODYiLCIiLCIxMDAuMC40ODk2Ljc1IixbXSxudWxsLG51bGwsIjY0IixbWyIgTm90IEE7QnJhbmQiLCI5OS4wLjAuMCJdLFsiQ2hyb21pdW0iLCIxMDAuMC40ODk2Ljc1Il0sWyJHb29nbGUgQ2hyb21lIiwiMTAwLjAuNDg5Ni43NSJdXSxmYWxzZV0.&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9wYWdlYWQyLmdvb2dsZXN5bmRpY2F0aW9uLmNvbSIsInN0YXRlIjoyOSwiaGFzUmVkZW1wdGlvblJlY29yZCI6dHJ1ZX1d&dt=1649665907070&bpp=7&bdt=4134&idt=7&shv=r20220406&mjsv=m202203300101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Dc848b42c67452fa2-22e8172d4fcd00bf%3AT%3D1646021821%3ART%3D1646021821%3AS%3DALNI_Ma7mPdpSqXBB5m6ei82WyupDPOz7g&prev_fmts=0x0%2C301x250%2C836x280%2C301x250&nras=5&correlator=7308948063165&frm=20&pv=1&ga_vid=1654158941.1646021821&ga_sid=1649665906&ga_hid=1233603137&ga_fc=1&u_tz=180&u_his=1&u_h=900&u_w=1600&u_ah=900&u_aw=1533&u_cd=24&u_sd=1&dmc=4&adx=29&ady=1763&biw=1197&bih=792&scr_x=0&scr_y=0&eid=44759875%2C44759926%2C44759842%2C21067496%2C31064019&oid=2&pvsid=1045135732711574&pem=525&tmod=124038452&uas=0&nvt=1&ref=https%3A%2F%2Fwww.musavat.com%2F&eae=0&fc=1408&brdim=3%2C1%2C3%2C1%2C1533%2C0%2C1230%2C897%2C1214%2C809&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&jar=2022-04-11-07&ifi=5&uci=a!5&btvi=4&fsb=1&xpc=583wN3hAUd&p=https%3A//www.musavat.com&dtd=3195
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində multikulturalizm ideyalarının ön plana çəkilməsi haqqında söhbət açıb. Kitabın əhəmiyyəti haqqında söhbət açan A.Marifli bildirib ki, Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovun imzası ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru Abduqaffor Kırqızbayev “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı və vəsiqə rektora təqdim edilib.
Professorlar Nurbay Cabbarov, Niqina Şermuxammedova, Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, alim Kərimulla Məmmədzadə ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından, təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.
Gülbahar Aşurova kitabın çapı üçün Azərbaycan Mədəniyyət Mərkəzin təşəkkür edib, birgə əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.