1918 –ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrindən biridir
“31 mart Azərbaycanlıların soyqırım günü”
1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay
müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi
torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin
torpaqların özgəninkiləşdirmə prosesinə başlanıb. Qısa müddətdə
ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarının köçürülməsi
həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “ böyük Ermənistan” ideasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına
başlanıb. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması
bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.
1918-ci ilin 30 mart -3 aprel tarixlərində Bakı şəhərində və Bakı
quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan,
Şamaxı, Quba, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı
dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi
mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini
məsuliyyətinə görə qətlə yetirilib, tarixi abidələr, məscid və
qəbiristanlıqlar viran edilib.
1918 –ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə
Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrindən biridir.
Dünya səviyyəli dövlət xadimləri və yazarlar bu soyqırımın
amansızlıqlarını və dəhşətlərini öz əsərlərində faktlarla əks etdirmişlər
və buna qarşı mübarizəni danılmaz hesab etmişlər.
1919-cu və 1920-ci illərdə martın 31- i Azərbaycan Xalq Cumhuriyyəti
tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu
azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən çox davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi
qiymət vermək cəhdi idi. 31 mart soyqırımı hadisəsini araşdırılması və həqiqətin dünyaya
yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26- da Heydər Əliyevin imzaladığı vəböyük tarixi əhəmiyyət daşıyan “ Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində
mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə
olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın
18- də “1918-ci il azərbaycanlılarının soyqırımının 100 illiyi haqqında”
sərəncam imzalayıb. Sərəncamda deyilir: Üzə çıxmış tarixi faktlar
1918-ci ilin mart –aprel aylarında və sonraki dövrlərdə erməni
millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha
geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut
etmişdir”
Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz
tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çalışır.
Mustafayev Mustafa Rüstəm oğlu – Bərdə Peşə Liseyinin müəllimi