22 Noyabr 2024

Şəhid milli qəhrəman Tabil Həsənov: Ona həm də Qırxqız qartalı deyirmişlər

Martın 29-da Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində Azərbaycanın Milli Qəhrəmanı , şəhid Tabil Həsənovun anım günü qeyd edilib.

Tədbirdə şəhidin ailə üzvləri, media nümayəndələri, kollecin müəllim və tələbələri iştirak ediblər.

Öncə şəhid Milli Qəhrəmanın keçdiyi ömür yolu, Xocalı və Şuşanın yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsində göstərdiyi fədakarlıqlardan danışılıb.Bildirilib ki, Tabil Həsənov 1960-cı ilin iyulun 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olub. Qarabağda başlayan müharibə zamanı Şuşa polisinin şəxsi heyətində fəaliyyətə başlayıb. Xocalının azərbaycanlılar yaşayan kəndlərinin müdafiəsində misilsiz qəhrəmanlıqlar göstərib. Göstərdiyi yüksək döyüş qabiliyyətinə və cəsurluğuna görə şəhid milli qəhrəmana “ Qırxqız qartalı” deyirmişlər.Hətta ermənilər bu adı eşidəndə belə qorxuya düşürmüşlər.   Ağır döyüşlərin birində 29 mart 1992-ci ildə qəhrəmancasına şəhid olub. Döğulduğu Xocalı rayonunun Kosalar kəndində torpağa tapşırılıb. 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının fərmanı ilə Milli qəhrəman adına layiq görülüb.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev geniş və əhatəli çıxışında I Qarabağ şəhidlərinin vətən uğrunda fədakarlıqlarından bəhs edib. Həmin qəhrəmanların sırasında şəhid Milli qəhrəman Tabil Həsənovun xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, Tabil Həsənov eləcə də vətən uğrunda canından keçən şəhidlərin hər birinin xatirəsini   xalqımız həmişə əziz tutacaq, daim onların adını ehtiramla yad edəcək.

Şəhid Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova kövrək , göz yaşları içərisində cəsur döyüşçünün ömür yolundan danışıb. Onun qəhrəmanlıq hekayələrini tədbir iştirakçıları ilə bölüşüb. 30 il boyunca həyat yoldaşı şəhid milli qəhrəman Tabil Həsənovun məzarını ziyarət edə bilməməyin ağır olduğunu bildirib.

Lətifə Həsənova həyat yoldaşının şəkillərini göstərməklə keçmiş xatirələrini canlandırıb.Məlum olur ki, xeyli vaxt keçnəsinə baxmayaraq  Şəhid milli qəhrəmandan qalan yadigarları, 5 avtomat gilizini, son döyüşdən qalan qoz ləpəsini hələ də qoruyub saxlayır.

Daha sonra Media1.az saytının təisçi və baş redaktoru Musa Muradlı, YAP Bərdə rayon təşkilatının baş məsləhətçisi Nurayə Məmmədova , YAP Təzəməhlə ilk partiya təşkilatının sədri Raqub Yunisov, rayon ziyalısı Əhliman Hümbətov çıxışlar etmiş, şəhid milli qəhrəman Tabil Həsənov haqqında fikirlərini bildirmişdilər.

Media1.az- Musa Muradlı