İlaxır çərşənbə günü 22 min ağac əkilib
İlaxır çərşənbə günü ağacəkmə tədbirləri Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Zaqatala, Şəki, Ağstafa, Şirvan, Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında keçirilib.
media1.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib. Onun sözlərinə görə, ümumilikdə 22 000 müxtəlif cinsli ağac əkilib:
“Vətəndaşlarımızı da ağac əkməyə təşviq etmək məqsədilə bu gün əhaliyə Nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli ağac tingləri hədiyyə edildi”.