Sentyabrın 18-də Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası baş tutub.
Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson, “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaceslav Maltsev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər sponsor, tərəfdaş və dəstəkçi qurumların nümayəndələri iştirak edib.
Artıq 10 ildir keçərilən analoji aksiyalarda bu il 1000 nəfərdən çox könüllünün iştirakı ilə Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı, Corat çimərliklərində sahilyanı ərazilər təmizlənib.
Qeyd edək ki, aksiya zamanı 25 hektar ərazidən 6,5 ton tullantı toplanıb.
Media1.az