“Portal.edu.az” portalına 8566 müraciət daxil olub
“Portal.edu.az” portalına 8566 müraciət daxil olub.
Media1.az xəbər verir ki, bunu İnformasiya və vətəndaşlara xidmət şöbəsi Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev deyib.
Onun sözlərinə görə, 8110 müraciət cavablandırılıb. Müraciətlərin orta icra müddəti 3 iş günüdür. Hazırda 456 müraciətə baxılır. 146 Çağrı Mərkəzinə isə yanvar-sentyabr aylarında 142134 müraciət daxil olub.
Vətəndaşlar Təhsil Nazirliyi ilə bağlı sualları bu ilin aprel ayında yaradılan whatsapp nömrəsinə yazaraq da bildirə bilərlər.
Qurum və təşkilatlardan 5404,vətəndaşlardan isə 17209 yazılı müraciət olunub. Virtual qəbul zamanı 433 vətəndaşın,442 şəhid,hərbçi və qazi ailəsi üzvünün müraciətinə baxılıb.