22 Noyabr 2024

Rusiyaya lazım olan budur: Mini Qarabağ problemi…

Lavrov iki gün əvvəl bizə qonşumuz deyir, o biri gün Rusiya Müdafiə Nazirliyi rəsmi saytında gorbagor olmuş “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlədir, sonra Moskvadakı “Hərbi oyunlar”da bizə digər iştirakçı ölkələrdən fərqli olaraq, köhnə tank verirlər-niyə?

Əvvəla, onu deyim ki, Rusiya hakimiyyəti ilə rus xalqı arasında, Kreml məmurları, ordu genraliteti, debil siyasətçi Jirinovski və ya Bakıda bəzi milli ədəbəbazların danışdığı rus dili ilə Puşkinin, Tolstoyun, Çexovun, Turgenevin, Lermantovun yazıb-yaratdığı dil arasında bərabərlik işarəsi qoyan zehniyyəti zərərli hesab edirəm.

Biz xalq olaraq Rusiyanı və onun hakimiyyətini sevməyə qətiyyən borclu deyilik, onları ən sərt şəkildə tənqid etmək isə hüququmuzdur. Amma bunların sırasına heç bir halda, rus xalqı və rus dilini qatmamaq lazımdır. Rus xalqının nə işi qalıb Qarabağ problemi ilə? Öz dərdi, problemi özünə bəsdir.

rus bb.jpg (114 KB)

Cəmiyyətin bəzi təbəqələrindəki əhval-ruhiyyənin səbəbi məlumdur: 44 günlük müharibənin nəticəsi olaraq Qarabağda yerləşən sülhməramlılar “Rusiya məsələsini” Azərbaycan ictimai rəyinin əsas gündəminə çevirib. 90-cı illərdən sonra bəlkə də, ilk dəfədir ki, Rusiyadan, Kremldən verilən qərarlar Azərbaycanda bu qədər həssas qarşılanır, dərhal reaksiyaya səbəb olur, nə yazıq ki, bəzi şübhəli qruplar isə bu mövzuda hətta milli ədavəti qızışdırmaqdan da çəkinmirlər.

Hazırda Qarabağda yaranmış vəziyyətə görə Rusiya hakimiyyəti əlbəttə ki, birbaşa məsuliyyət daşıyır. Sülhməramlıların məsuliyyət zonasında olan ərazilərdən ordumuzun mövqelərinə açılan atəşlərin intensivliyinin artması, Rusiyanın bu zonada nəzarətinin azalması demək deyil.

Qarabağda indi vəziyyət elədir ki, atılan bir güllənin belə izahatı verilməlidir. Məsələn, dəqiq bilgiyə görə, bu, bizim Şuşada məhz belədir, nəinki qarşı tərəfə, hətta göyə bir iznsiz güllə atıla bilməz. Belə də olmalıdır. Çünki ortada Rusiyanın qarantiya durduğu anlaşma var, imzalanan sənədlərə əməl etmək isə hər üç tərəfin məsuliyyətidir.

Rusiya: “Kreml əks hücum hazırlayır”

Mətləbi də çox uzatmağa gərək yoxdur. Rusiyanın Qarabağ məsələsində öz dövlət maraqları və çıxarları var ki, bu indikidə Bakının siyasəti ilə yumşaq desək, tutuşmur. Bu, maraqlar və çıxarlar 100 il, 10 il, heç 1 il əvvəlki də deyil. “Rusiyanın siyasəti I Pyotrdan bəri dəyişməyib” deyənlər yanılırlar. Rusiyanın siyasəti demək olar ki, artıq hər ay, hətta hər saat dəyişə bilir. Bu, tez-tez dəyişən dünya siyasətinin diktə etdiyi yeni reallıqdır.

30 il dedik ki, Qarabağ probleminin açarı Rusiyadadır, bizə imkan versələr, Ermənistanla haqq-hesabı çəkirdik. 44 günlük Vətən müharibəsində Rusiya o “imkanı” bizə tanımağa razılaşdı, loyallığını qorumağa çalışdı, yoxsa bu müharibənin nəticəsi nə olacaqdı, bunu bir Allah bilərdi. İndi həmin loyal Rusiyanın Qarabağla bağlı fərqli və tərəfli siyasətini görürük, bunu da haqlı olaraq tənqid edirik.

Bir neçə ay əvvələ kimi Rusiya ermənilərin ən əsas düşmənləri sırasında idi, erməni ictimai rəyi Kremldə kim gözlərinı görünürdüsə, asıb-kəsirdilər. Amma indi Kremllə qardaş olublar. aralarından su da keçmir. Lavrov Ermənistana dostumuz, müttəfiqimiz, bizə isə…qonşumuz deyir. Bu sonuncu çox ciddi dəyişikliyin əsl səbəbləri haqda dəqiq bilgi yoxdur, amma münasibətlərdə nə isə qaydasında deyil.Lavrov iki gün əvvəl bizə qonşumuz deyir, o biri gün Rusiya Müdafiə Nazirliyi rəsmi saytında gorbagor olmuş “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlədir, Moskvada davam edən “Hərbi oyunlar”da isə bizə digər iştirakçı ölkələrdən fərqli olaraq, köhnə tank verirlər…

1607925837_mm.jpg (53 KB)

Dövlət insan deyil, onun bir sifəti yoxdur, ola da bilməz. İstənilən dövlət kimi, Rusiya hakimiyyəti də buna əməl edir, amma fərq ondadır ki, Kreml bunu çox kobud edir. Qarabağda separatçı meylləri körükləyən məsələn, Fransa da var, Amerikanın bəzi ermənipərəst dairələri də “status” sayıqlayanların içərisindədirlər. Amma onlar bu cür kobud müdaxilələr etməməyə çalışırlar. Rusiya isə netdir, sərtdir, qabadır…

Rusiyanın Qarabağda nə istədiyi şəxsən mənə aydındır. Rusiya burada “mini Qarabağ problemi” ilə qalmaq, vəziyyətin daima nəzarətçisi olmağa çalışır. Siyasəti budur. Hətta deyirəm ki, gələcəkdə “mini Qarabağ respublikası” yaratmaq barədə də planları ola bilər. Ola bilsin, bu iki-üç ilin işi olmasın, amma Rusiya Qarabağda qalmağa gəlib. Rusiyanın bura gəlməmək variantı demək olar ki, yox idi! Bilirəm, bəzi şüvənlər bu gerçəyi hələ də guya qəbul edə bilmirlər. Öz minadan azad və abad rayonlarını illərlə yada salmırlar, amma iqtidarla səmtini bilmədikləri “Xankəndi nə oldu” “davası” aparırlar. Kimsə yalandan atılıb-düşməsin, o torpaqları bizdən çox istəyənlər şəhid kimi indi cənnətdədirlər…

891350.jpg (88 KB)

Gerçəklik isə bu ki, 80 faiz torpaqlarımızın azadlığı əvəzində, Qarabağda erməniyə yox, Rusiyaya müəyyən güzəştə getməli olduq. Alternativ variant da vardı. Daha 30 il Səfər Əbiyevin “lazımının” gəlməsini gözləməli, ya da Gürcüstan, Ukrayna kimi Qərbə boş ümidlərlə yaşamalı idik.

Bəli, vəziyyət qəlizdir, amma biz özümüzü “Xankəndi əldən getdi” moduna kökləməməliyik. Rusiya Müdafiə Nazirliyinin “dqr” ifadəsini saytından çıxarıb atması bir “dilet” düyməsinə bağlı işdir. Yaxın aylarda isə nələr dəyişəcək, bunu demək çətindir. Elə bir situasiya yaranar ki, Moskva 2 minlik ordusunu gecə ilə buradan çıxarar, əsgərə başqa cəbhədə ehtiyacı olar… Elə də ola bilər ki, 2 minlik ordu, qəfil 20 min də olar. Qorxmağa və qorxutmağa gərək yoxdur, çünki Azərbaycan hakimiyyəti öz işini yaxşı bilir, xüsusilə də Rusiya məsələsində ona məsləhtçi heç gərək deyil.

Rusiya sülhməramlıların Dağlıq Qarabağda əsas vəzifəsi budur - Modern.Az  Azərbaycan və dünya xəbərləri

…Rusiya Lavrovun da dediyi kimi, bizim qonşumuzdur. Amma sadə qonşu deyil- mürəkkəb bir dünyada ayaqda qalmağa, özünü təcrid etdiyi dünyada qorumağa çalışan, hərdən qəzəbli, qaba gücə arxalanan bir Rusiyadan danışırıq…

Nazim SABİROĞLU