22 Noyabr 2024

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təbiəti

Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir.
Heydər ƏLİYEV
Ümummilli lider

Tarixi dövr göstərir ki, hər hansı bir ölkənin inkişafında, onun dünyada tanınmasında güclü siyasi liderin olması əsas amildir.
Ağıllı, cəsarətli, qətiyyətli, uzaqgörən, xarici və daxili təhlükələrdən ölkəni qoruyan, müdrik siyasət aparan, ölkənin potensial imkanlarını dərindən bilən, ölkənin dinamik inkişafını təmin edən siyasi liderə hər bir dövlətin ehtiyacı var. Bütün bu xüsusiyyətlərin hamısı bir siyasi liderdə çox nadir hallarda rast gəlinir. Azərbaycan xalqı özünü xoşbəxt hesab edə bilər ki, yüksək mənəvi keyfiyyətləri və bütün bu yuxarıda göstərilən müsbət xüsusiyyətləri özündə birləşdirən, XX əsrin II yarısında çox mürəkkəb və ziddiyətli bir dövrdə Azərbaycanı anarxiyadan, xaosdan, parçalanmadan xilas edən bir siyasi lider Heydər Əliyev Azərbaycana rəhbərlik etmişdir. Ulu Öndər Azərbaycan dövlətini və millətini zamanın cətin sınaqlarından cıxararaq ölkənin gələcək parlaq inkişafını təmin etmişdir. Bu sözləri yazarkən alman filosofu İmmanuel Kantın sözləri yadıma düşdü. O, belə söyləmişdir: “ Sürətlə öz süqutuna yaxınlaşan xalqın talehini yalnız dahi şəxs dəyişə bilər…”
Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların güclü iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Heydər Əliyev də eyni olaraq bu missiyanı yerinə yetirmişdir. Bu böyük dövlət adamının irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa cevrilmişdir.
Azərbaycanda dəyişən ictimai – siyasi vəziyyətlərə baxmayaraq sovetlər dönəmində imperiyanın total təbliğat maşınının güclü təzyiqləri altında çox ciddi çətinliklərlə qarşılaşan Heydər Əliyev Azərbaycanın ekoloji problemlərının həllini, unikal təbiət abidələrinin qorunub saxlanmasını daima diqqət mərkəzində saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xususi qayğı ilə yanaşmışdır.
Bu dahi insan Azərbaycanın bütün bölgələrini gəzmiş, onun gözəl təbiəti ilə cox yaxından tanış olmuşdur. Bu böyük şəxsiyyətin müsbət keyfiyyətlərindən biri də ana təbiəti sevməsi, vurğunu olması idi. Hakimiyyətdə olduğu illərdə təbiəti mühafizə sahəsində görülən işlərin təşəbbüskarı məhz Ulu Öndər Heydər Əliyev olub. Bu işlərin bir neçəsini istərdim ki, sizin diqqətinizə çatdırım.
Akademik ” Həyacan təbili “( 1976, 1982) kitabında yazırdı : ”Qocalar nəql edirlər ki, lap bu yaxın kecmişə qədər Qarabağ, Mil, Muğan və Şirvan düzənliklərində addımbaşı ceyran sürüləri ilə rastlaşırmışlar. Bəs onlar indi görünmür? Nə ücün bu təbiətin bu nadir heyvanlarını indi necə deyərlər, cıraqla da axtarıb tapmaq mümküm deyil, Nədən Muğanda onların nəsli tamam kəsilmişdir?
Bunun səbəbini birinci növbədə qanunsuz ov etmədə axtaramaq lazım gəlir. Cünki ovcular bizdə ümumiyyətlə azad nişancıdır. Harda istəsə atır nə könlünə düşsə nişan alır. Böyük şairimiz Səməd Vurğun <> poemasında nahaq yerə deməmişdir ki:

Ovcu,  insaf  eylə, kecmə   bu  düzdən,
O cöllər  qızını   ayırama  bizdən.
Qoyma   kecə   ağrı  ürəyimizdən.
Qıyma   öz  qanına  boyana  ceyran,
Nə  gözəl   yaraşır  Muğana  ceyran!... “

Təbiəti mühafizə sahəsində tanınmış alim Qara Mustafayevin fikrincə X X – əsrin l – ci yarsında Muğanda ceyranların baş sayı 35 mindən cox olub.
1960-cı ildə Şirvan düzünün şərqində–Bənduvan adlanan ərazidə ceyranları qorumaq məqsədi ilə bioloqların təşəbbüsü ilə yasaqlıq yaradılmışdır. Lakin zəif qorunduğuna görə brokonyerlər tərəfindən ceyranların ovlanması davam edirdi. Ceyranların nəsli kəsilmək üzrə idi. Cəmi 77 baş ceyran qalmışdı. Belə olan şəraitdə 1969 –cu ildə Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin 1 – ci katibi təyin edildi. Akademik Həsən Əliyevin təşəbbüsü və Heydər Əliyevin dəstəyi nəticəsində 1969 – cu ilin axırında qoruq təşkil olundu. Qoruq ciddi şəkildə qorunmağa başlandı. Daimi qayğı nəticəsində qoruqda ceyranların baş sayı 77 – dən 1000-ə, daha sonra 4000 – ə qədər çatdırıldı. Bununla da ceyranların məhv olmaq təhlükəsi aradan qaldırıldı. Qoruq təkcə ceyranları qorumaq məqsədi ilə yaradılsada ciddi qorunduğuna gorə coxlu sayda müxtəlif heyvanların və quşların sığnacaq yerinə cevrildi.
Təbiətdə olan hər bir bioloji varlıq təkrar olunmazdır və məhv olduqda bərpa olunmur.
Azərbaycan Respubilkasının Prezdenti Cənab Heydər Əliyevin 2003 – cü ilin 5 iyul tarixli 1298 Sərəncamı ilə Şirvan dövlət təbiət qoruğunun əsasında ‘’ Şirvan Milli Parkı ‘’ yaradıldı.
Azəbaycanın gözəl təbiət abidələrindən biridə Zəngilan rayonunun Bəsitçay dərəsində yerləşən təbii çinar meşəsidir. Bu meşə Avropada ən böyük təbii çinar meşəsidir. Bu yerin romantikası, füsünkar mənzərəsi, nəhəng çinar ağacları adamı öz gözəlliyi ilə valeh edir. Çinar meşəsinin necə yarandığı indiyə qədər həll olunmamış mübahisəli məsələ kimi qalmaqdadır.
Çox təəssüf ki, bu gözəl təbiət guşəsi ötən əsrin 50 – ci illərində acınacaqlı vəziyyətə düşür. Bu barədə görkəmli təbiətşünas alim akademik Həsən Əliyev “Həyəcan təbili” “( 1976, 1982) kitabında yazırdı: “Bir dəfə yolum çinar meşəsinə düşmüşdü. Gördüklərimdən ürəyim ağrıdı. Baxımsızlıq ucbatından ağacların yarpaqlarını həşarat yeyib çılpaqlaşdırmışdır. İri çinar ağaclarının koğuşunda isə naxırçılar ocaq qalayırdı”.
Meşənin bir qismi Azərbayan ərazisində, digər hissəsi isə Ermənstan ərazisindədir.
1959- cu ildə çinar meşəsinin mühafizəsi və orada qoruq yaradılması üçün respublika Nazirlər Sovetinə layihə təqdim edilmişdir. Lakin hec bir tədbir görülmədi. Ancaq 1960 – cı ildə Ermənistan hissəsində qoruq yaradıldı.
Akademik Həsən Əliyevin təşəbbüsü ilə yenidən Respublika Nazirlər Sovetinə layihə təqdim edildi. Bu layihə Heydər Əliyev tərəfindən dəstəklənərək 1974 – cü ildə Bəsitçay çinar meşəsi qoruq elan olundu.
Bu meşə hal – hazırda düşmən tapdağı altındadır. Ermənistan dövləti Azərbaycan torpaqlarını işğal etməklə Azərbaycanın təbiətinə, onun ekologiyasına çox ciddi zərər vurmuşdur. Ermənistan dövləti Azərbaycana qarşı ekoloji terror törətməkdə davam edir.
Ölkəmizin əhalisinin təqribən 30 % – i Abşeron yarımadasında yaşayır. Bakının yaşıllaşdırılması paytaxtın bəzəyi olmaqla bərabər həm də əhalinin sağlamlığı üçün də mühüm amildir. Bunu nəzərə alan Azərbaycan KP Mərkəzi Komitənin 1 – ci katibi işləyən Heydər Əliyev 7 sentyabr 1971 – ci ildə Bakı şəhərinin yaşıllaşdırılması haqqında qərar verdi. “( 1976, 1982) Heydər Əliyev böyük bir toplantı keçirdi. Toplantıya alimləri və mütəxəssisləri dəvət etdi. Abşeron yarımadasında təbii meşə yoxdur. Ona görədə də yarımadanın havası quru, torpaqları münbit deyil. Lakin burada başqa amillər məsələn, istilik, işıq coxdur, vegetasya dövrü uzundur. Abşeron yarımadasında yaşıllığın yaxşı inkişaf etməsi ücün bir sıra zəruri şərtə əməl etmək lazımdır. Həmin şərtlərdən ən başlıcası yarımadanın torpaq və iqlim şəraitinə uyğun növlərin secilməsidir. Uzun sürən müzakirələrdən sonra qərara alındı ki, Bakı şəhərinin mailliyi yüksək olan ərazilərində relikt ağac olan Eldar şamı və mailliyi nisbətən aşağı olan ərazilərdə Akasiya və Zeytun ağacları əkilsin. Bunlarla bərabər yaxşı kölgəlik verən park ağacları və bəzək ağaclarının əkilməsi məsləhət olundu. Bu tarixi qərar Bakı sakinlərinin böyük ruh yüksəkliyinə səbəb oldu. Tez bir zamanda idarə və təşkilatlar bu işlərə qoşuldular.‘’Hər adama iki ağac əkmək’’, “Bakını yaşıllıqlar diyarına cevirək” şuarları altında ümumyaşıllaşdırma hərakatı başlandı. Ulu öndər Heydər Əliyev öz cıxışlarında belə söyləmişdir: ‘’Bilirsiniz Bakıda bir ağac əkmib becərmək 1 il. Mən bunu bilirəm 1 övladı böyütməyə bərabərdir. Cünki Bakıda ağac əkmək cətindir. Xatirinizə salın vaxtı ilə Bakıda ağac yox idi. Maksim Qorkinin sözlərini yadınıza salın, əsrin əvvələrində Bakıya gələn Mayakovskini sözlərini yadınza salın. 20 – ci əsrin əvvələrində Bakıya gələndə Bakıda 2 – 3 ağac var idi. Ancaq Biz Bakını yaşıllaşdırdıq. Bəli ! Bakının kücələrini, meydanlarını, Bakıdan Ayroporta gedən yolları o böyük trası yaşıllaşdırdıq. O, cümlədən həmin Bakıxanov qəsəbəsini o, cümlədən Patamdar qəsəbəsini, Xalqlar dostluğu orada böyük Parkı O, ağacları əziyyətlə saldıq. Biz iməciliklər kecirirdik. İnsanlar o ağacları gedib əkirdilər və təkim etmişdiki gedib, həftədə bir dəfə iki dəfə, onları suvarsınlar böyütsünlər. Bu Bakı ücündür. Bu xalq ücündür. Bu bizim təbıətimiz ücündür . Bu insanların yaşaması ücündür Bu Bakının iqlimi ücündür. Bəs o ağacları kəsib, onun budaqlarını kəsdirənlər, onlar bu ölkəyə xəyanət etmiyibbi ? Ancaq o kəsilən ağacları bərpa etmək cətindir. Onlar hesab edinki, mənim balalırımın başını kəsiblər. Onlar gərək haqq – ədalət qarşısında cavab versinlər. Orda gəlib dükanlar salanlar, onlar gəlib xususi mülk salanlar . Onların hamsını dağıtmaq lazımdır, qovmaq lazımdır, ucurtmaq lazımdır !…’’
Təkcə 5 ıl müddətində Bakının yaşıllaşdırılması sahəsində xeyli ışlər görüldü. 1970 – cı ildə Bakı şəhərində adambaşına 6, 5 kvadratmetir yaşıl sahə düşürdüsə 1975 – çı ildə bu göstərici 17, 5 kvadratmetrə catmışdır. Bunun isə Bakı sakinlərindən ötrü, onun mikroiqlimini yaxşılaşdırmaq ücün son dərəcə böyük əhəmiyyəti vardır.
Bir müddət keçdikdən sonra Bakı şəhəri yaşıllığa büründü.Yeni xiyabanlar, parklar salındı. Xüsusilə bulvar, Dağüstü park çox gözəlləşdi. Əhalinin isttirahət yerinə cevrildi. Hətta Bakıya gələn xarici qonaqlarda Bakının gözəlliyinə heyran olurdular.
1969 – 1982 ci illərdə Azərbaycana rəhbərlik edən Ulu öndər Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair cox mühum 8 qanun, 32 qərar qəbul olunmuşdur.
1993 – cü ildə xalqın təhkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ekoloji problemlərini bir daha ön plana cəkmiş, bu sahədə mövcud olan problemlərə xususi dıqqət ayırmışdır. Bir sıra yeni qanunverilicik sənədləri yenidən işlənərək təkmilləşdirilmiş və qəbul edilmişdir. Ölkəmiz beynəlxalq konvesiyalara qoşulmuşdur. Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış müstəqil Azərbaycana miras qalmış ekoloji problemlərin kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli Dövlət Proqramları təsdiq edilərək icrasna başlanıldı. Ulu Öndər tərəfindən milli parklar, yeni qoruqlar yaradıldı, mövcud olan qoruqların və yasaqlıqların ərazilərı genişlədirildi. 2001 – ci ildə Təbiəti mühafizə komitəsinin bazasında Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əliyevin 2001 – ci il 18 sentyabr tarixli 583 nömrəli fərmanı ilə nazirliyin əsasnaməsi təsdiq edildi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda kecirilən ‘’Azərbaycanın milli – mədəni və təbii irsin qorunub saxlanması – milli parklar proqramı’’ beynəlxalq konfransın iştirakcıları ilə görüşündə belə söyləmişdir ‘’Ekologiya indi bəşəriyyət ücün ən əsas məsələlərdən biridir. İnsanlar hələ bunun əhəmiyyətini demək olar ki, tam başa düşə bilməyiblər. Hərə öz işini görmək ücün məqsədinə nail olmaq ücün istər – istəməz təbiətə, ətraf mühitə böyük ziyan vurur. Biz cox böyük səlahiyyətlərə malik olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaratmışıq. Bundan da məqsədimiz bütün bu sahəyə aid olan məsələlərin hamısını bir əldə toplamaq və bu işlərdə daha ciddi məşğul olmaqdan ibarətdir.’’ ( Prezdent Sarayı , 2 may 2002 – ci il. ) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra təbii sərvətlərin mühafizəsi, onlardan məqsədəuyğun, səmərəli istifadə edilməsi sahəsində böyük dönüş yarandı.
Azərbaycanda salınan yaşıllıq zonaları Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu, böyük insanın varlığına hopmuş vətən sevgisinin nəticəsidir.
Insanları təbiətin övladı kimı dəyərləndirən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daima təbiətə qayğı göstərmiş, onun sərvətlərini göz bəbəyi kimi qorumağı tövsiyə etmişdir.
Xosrov Musayev
Aqrar elmlər üzrə fəlsəfə doktoru.