27 İyul 2024

31 mart soyqırımına hüquqi siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu

Mənfur qonşu Ermənistan Respublikası yaranar-yaranmaz xalqımıza qarşı amansızlıq göstərib. Şübhəsiz ki, bu da Qafqazda ermənilərdən imperialist böyük dövlətlərin bir alət kimi istifadə etməsi ilə bağlıdır. Zaman-zaman Fransa, İngiltərə kimi dövlətlərə Yaxın şərq siyasətində Osmanlı dövlətinə qarşı separatçı, dövlətin zəiflədilməsi kimi niyyətlərin həyata keçirilməsində ermənilərdən geniş surətdə istifadə olunub.O cümlədən Qafqazda da bu amil təsirsiz ötüşməyib. Qafqazda hətta ermənilər yaranmış inqilabi situasiyadan istifadə etməklə Rusiyanında siyasətinə alət olmağı belə əldən verməyiblər. Rusiyanın adamına çevrilən bolşevik Şaumyan, onunla yanaşı daşnak Lalayan, Hamazaps, Andronikin silahlı dəstələri Fransa kimi dövlətlərdən aldıqları silahlar hesabına xalqımıza qarşı misili olmayan qırğınlar törədiblər. İrəvan xanlığının ərazisində, zəngəzur dağlarında quldur Andronikin dəstələri  minlərlə soydaşımızı qətlə yetirib.

Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi qətliamlar arasında 31 mart soyqırımı da yer alır.Bu ,erməni vandalizminin növbəti nümunəsi olmaqla ,bəşər tarixinin ən qanlı səhifələrindən biridir.Erməni yalanları dünyada baş alıb getdiyi məlum faktdır. Yalançı erməni soyqırımını bütün dünyaya inandırmağa çalışırlar. Guya 1905-ci ildə Osmanlı sultanı ermənilərin kütləvi qırğınlarına rəvac verib. Dünyanın ədaləti həmişə olduğu kimi bu məsələdə də obyektivliyini qoruya bilmədiyindən, əfsuslar olsun ki, ermənilərin uyduma tarixinə güzgü tutan dövlətlərin varlığının şahidi oluruq. Olmayan erməni soyqırımı haqqında dünyanın bəzi dövlətləri parlamentlərində qətnamələr çıxarır, bunula da Türkiyə Respublikasına siyasi təzyiqlər etmiş olurlar. Türkiyə Respublikasının böyük oğlu, zəngin siyasi təcrübəyə malik prezidenti cənab Rəcəb Tayib Ərdoğan dünyanı fakt qarşısında qoyaraq erməni soyqırımını inkar etmiş, həqiqəti üzə çıxarmaq üçün arxivlərin açılmasını, məsələnin tarixçilərin öhdəsinə buraxılmasını təklif etmişdir. Bununla da Türkiyə özünün erməni soyqırımını törətmədiyini tam əminliklə orta qoya bilmişdir. Ancaq ermənilər özləri belə dediklərinə inanmadıqlarından həmişə bu məsələdə, arxivlərin açılmasından həmişə ehtiyyatlanıblar.  Ərdoğanın vaxtaşırı gündəmə gətirdiyi soyqırımı sübut etmək üçün arxivlərin açılması təklifini qəbul etməyiblər. Əksinə , yaxşı anlayırlar ki, arxivlər açılsa ermənilər daha rəzil duruma düşmüş olacaqlar. Çünki, soyqırımı türklər deyil , həmişə ermənilər törədiblər. Günahsız insanları qətlə yetirmək, ən ağır işgəncələrə məruz qoymaq vəhşiliyi ancaq ermənilərə məxsus ola bilər. Hansı ki, erməni vəhşiləri hələ o vaxtlar XX əsrin əvvəllərində indiki Türkiyə ərazisində Iğdırda, Qarsda , Vanda, Ərdahanda kəndlərə hücum etmişlər, uşaq, qoca, qadın demədən qətlə yetirmişlər. Türk soyundandı deyə, uşaqları yanan tonqallara atmış, qız gəlinlərin kürəyinə qaynar somovar şəlləməklə ölümə məhkum etmişlər. Eynilə bu vəhşiliklərin həyata keçirilməsi coğrafiyası Azərbaycan türklərinin yaşadığı İrəvanda, Zəngəzurda, Qarabağda, Şirvanda hətta İran ərazisindəki şəhər və kəndlərdə də həyata keçirilmişdir. Bu qədər vəhşi olan bir millət özünü dünyaya mədəni xalq kimi təqdim edib, əməllərini isə bizim milli kimliyimizə yapışdırmağı özünün ən müqəddəs vəzifəsi hesab etmişdir. Əfsuslar olsun ki, ermənilər uzun illər cəfəng informasiyalarını dünyaya yaymaqla , həqiqəti deyil, özlərinin uydurma tarixlərini təqdim etməyə çalışıblar. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra erməni yalanlarına tutarlı cavablar verildi. Qısa müddətdə erməni təbliğatı fiaskoya uğradı. İnformasiya cəbhəsində erməni yalanları tamamilə ifşa olundu.

Ümummilli liderimiz Heydər Əliyevin dünyada qəbul olunan nüfuzu, böyük dövlətlərin rəhbərləri ilə bərabər səviyyədə münasibətlər saxlamaq bacarığı Azərbaycan həqiqətlərini təbliğinə şərait yaratdı. Bununla da dünya tam obyektivlik səviyyəsində olmasa da müəyyən qədər tarixin dərinliklərinda yatan hadisələrin təfərrüatlarını anlamış oldular.

Ümummilli liderin ardıcıl siyasi görüşlərində Erməistanın ədalətsiz mövqeyi gündəmə gətirildi. Tarix boyu erməni yaraqlı dəstələrinin xalqımıza qarşı törətdiyi cinayətlərdən dünya xəbər tutmuş oldu. Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün aksiyalara start verildi. Ermənilərin Xocalı soyqırımından əvvəl törətdiyi ən dəhşətli hadisələrdən biri də 1918-ci ilin martında Bakı, Bakı ətrafı kəndlərdə, Şamaxıda, Muğanda, Lənkəranda törədilmiş vəhşiliklər olmuşdur. Qubada törədilən cinayətlərin izi isə kütləvi məzarlığın tapılması ilə öz təsdiqini tapıb. Artıq burada yaradılan soyqırım muzeyi erməni vəhşiliyini dünyada tanıdılması istiqamətində ən doğru addımdır.

Ümummilli liderimiz  Heydər Əliyev hakimiyyətə ikinci dəfə gələndə mart hadisələrinə hüquqi siyasi qiymət verməklə bir daha erməni soyqırım siyasətinə tutarlı cavab vermiş oldu. Bununla da ermənilərin iç üzü dünya qarşısında ifşa edilmiş oldu. 26 mart 1998-ci ildə isə dahi şəxsiyyət Heydər Əliyev “ Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı. Bununla da “31 mart azərbaycanlıların soyqırım günü” birdəfəlik tarixin yaddaşına yazıldı. Əbədi qan yaddaşı kimi heç vaxt unudulmayacaq tarixə çevrildi.

Ümummilli liderin müəyyən etdiyi strateji siyasət bü gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. 2007-ci ildə Qubada aşkar edilən kütləvi məzarlıq soyqırım muzeyi kimi yaradılmış və istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl və yorulmadan apardığı işlər sayəsində ildən – ilə xalqımızın başına gətirilən erməni vəhşiliyi haqqında xəbər tutan dövlətlərin sayı artır.

Bütövlükdə görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımının ardından artıq bir çox ölkələrdə 31 mart hadisələrilə bağlı qərarlar,qətnamələr qəbul olunur.Bu isə Azərbaycanın siyasi gücünün ifadəsi – beynəlxalq prestijinin göstəricisidir.

  Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu