22 Aprel 2024

2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı I infosessiya keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi 2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı I infosessiya keçirilib. 


Bakı Biznes Mərkəzində təşkil edilən görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə məsul nümayəndəsi Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov və  90 QHT nümayəndəsi iştirak edib.  


Görüşdə qrant müsabiqələri ilə əlaqədar QHT-ləri maraqlandıran suallar cavablandırılıb, müvafiq izahat işləri aparılıb. 


II infosessiya üçün qeydiyyatdan keçmiş daha 91 QHT təmsilçisi ilə növbəti görüş 23 oktyabr saat 15:00-da Bakı Biznes Mərkəzində olacaq.