28 Mart 2024

20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu

Bir zamanlar insanların gülüb-əyləndiyi, uşaqların, böyüklərin gülüş səslərinin eşidildiyi bir park vardı. Dağüstü Park. Bakı əhlinin istirahət məqsədilə üz tutduğu, ailə üzvləri, dost-tanış ilə getdiyi o parkın yerində indi şəhidlərimiz uyuyur. 20 Yanvar Şəhidləri. Bakının qana boyandığı gecə olduğu üçün 20 Yanvar həm də “Qanlı Yanvar” olaraq adlandırılır.

Azərbaycanın başı ta qədimdən bu yana bəlalı olmuşdur. Təəssüf olsun ki, qonşu baxımından da heç bəxtimiz gətirmədi. Qonşu dövlətlərin daim bizim milli sərvətlərimizdə, qızıldan olan torpaqlarımızda gözü oldu. Daim bir biclik, bir vəhşilik edərək bu sərvətlərə, torpaqlara sahiblənməyə çalışdır. Ruslar, farslar, gürcülər və əzəl-əbədi düşməniz olan ermənilər. Şəhidsiz bir günü belə keçməyən Azərbaycan hələ də müharibə şəraitində yaşayır. Lakin bütün müsibətlərə baxmayaraq bizim mərd xalqımız heç bir zaman müharibədən, döyüşdən qaçmamışdır. Damarlarımızda əsl türk qanı axtadığı üçün hər zaman qələbə çalmaq uğrunda mübarizədəyik. Keçən il baş verən II Qarabağ müharibəsi isə bunun ən bariz nümunəsidir. Azərbaycan çox fədakar və bir çox zülmətlər görmüş xalqdı. Keçmişdə xarici ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Müasir Azərbaycanın istiqlaliyyət yolunun şəhidlik zirvəsinin başlandığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsinə yeni səhifə yazan Vətənin igid oğul və qızlarımızın bir çoxu 20 yanvar metro stansiyasının yaxınlığındakı ərazidə qətlə yetirildilər. Həmin vaxt bu ərazidə bir vaxtlar əli Azərbaycan xalqının qanına bulaşan imperiya ordusunun şərəfinə abidə ucaldılırdı. İndi isə bu ərazidə hər birimizin and yerinə çevrilən şəhidlərimizin əziz xatirəsinə salınan memorial abidə kompleksi yerləşir.

Allah bütün bizim igid oğul, qızlarımıza, şəhidlərimizə qəni rəhmət eləsin,qalanlara isə səbr versin, şəhidlərimizin qanı yerdə qalmayacaq,nə vaxtsa bizim millət onların qisasını alacaq, gec tez həqiqət üzə çixacaq, və şəhidlərimizin ruhu rahat yatacaq. Amin, Həqiqət bizimlədi. Biz gərək öz vətənimizi bizim şəhidlərimiz kimi sevək necə onlar canlarını verdilər öz vətənləri naminə eləcə də biz, hər bir Azərbaycanlı üçün vətən birinci yerdə olmalıdı, biz onu həmişə sevməliyik və hər zaman qorumalıyıq. Həmişə həmrək olmalıyıq ki heç kim bizi qıra bilməsin,baş əydirə bilməsin,hər zaman bir yumruq kimi bir olsaq heç bir kəs bizə qalib gələ bilməz. Hər yerdə hər an vətənimizin qədrini bilək onu sevək və heç vaxt onu düşmən ayağına verməyək, daima onu qoruyaq və ən çətin gündə vətənin yanında olaq onu sevək və göz bəbəyi kimi qoruyub saxlayaq. Vətən çox əzizdi və onun keşiyində durmaq hamının əvəzsiz borcudu.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi