27 İyul 2024

15 iyun Azərbaycan tarixinə əlamətdar günlərdən biri kimi daxil olub

1993-cü ilin böhranlı iyun ayı ölduqca ağır dövr kimi tarixə düşüb. Hakimiyyət daxilində ziddiyyətlər, iqtidar – müxalifət münasibətlərində mövcud gərginlik, ordu daxilində vahid komandanlığın olmaması ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmirdi. Hadisələr qardaş qırğınının hər an baş vermə ehtimalını artırırdı.İyunun 4-də Gəncədə baş verən qiyam nəticəsində artıq qardaş qanı axıdılmışdır. Prezident qvardiyasının əməkdaşları silahlı basqınla qətlə yetirilmişdilər.Qiyamçı polkovnik Surət Hüseynovun da tərəfdarlarından həyatını itirənlər olmuşdur. Gəncə də baş verən hadisələrinin miqyası sürətlə genişlənir, antihakimiyyət qüvvələri Bakıya doğru irəliləyirdilər. Belə bir şəraitdə hakimiyyətin manevr imkanları demək olar ki, tükənmiş, ictimai –siyasi sabitliyin qorunmasında aciz qalmışdır.

Azərbaycan tarixinin yetirdiyi böyük şəxsiyyət Heydər Əliyevin varlığı yaranmış çətin şəraitdən çıxış yolunun yeganə zəmanəti rolunu oynayırdı. Ümidlər Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə bağlıydı. Hakimiyyət də bunu anladığından və xalqın təkidli tələbi ilə razılaşmaq məcburiyyətində qaldığından Ümummilli liderin Bakıya gəlməsi tez bir zaman da gerçəkləşmiş oldu.Bakıya qədəm qoyan Heydər Əliyev birinci addım olaraq Gəncə şəhərinə yollanıb orda baş verənlərlə şəxsən tanış oldu. Qətiyyət, cəsarət nümayiş etdirməklə həyatını təhlükə altına atmaqla qardaş qırğınını dayandırmaq yolunda addımlar atdı. Onun siyasi qabiliyyəti, şəxsi nüfuzu sayəsində gərilən əsəblər sakitləşmiş oldu. Bir-birinə nifrətlə silahlanmış tərəflər hansı fəalkətlə üzbəüz dayandığını anladı. Beləcə qardaş-qardaşın əlini sıxdı. Qucaqlaşmaqla qardaş qırğınından əl çəkmiş oldular. Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində bu qədər çətin dövrün siyasi böhranını qalibiyyətlə, diplomatik üsulla, güc tətbiq etmədən aradan qaldırmış oldu.

15 iyun 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçilməsi ilə xalqımızın taleyi əmin əllərə verilmiş oldu. Bununl da Azərbaycan xalqının həyatında yeni səhifə açıldı. Dövlət idarəçiliyi möhkəmləndirildi, inkişaf strategiyası müəyyən edildi. Torpaqlarımızın işğalı dayandırıldı. Qısa vaxtda ictimai siyasi sabitlik təmin edildi. Ordu quruculuğu prosesləri sürətlə təşkil olunmağa başladı. Vahid komandanlıq altında ordu moderinləşdirildi. İqtidar müxalifət münasibətləri normallaşdı. Müxalifət üçün söz azadlığı, sərbəst toplaşmaq hüquqları tam təmin edildi.Hüquqi-demokratik dəyərlərə söykənən dövlət quruculuğu həyata keçirilmiş oldu.Bir sözlə Azərbaycan xalqı özünün taleyinə inamın əsası qoyuldu.

Ümummilli lider Heydər Əliyevin ölkədə yaratdığı bərabərhüquqlu seçkilər nəticəsində hakimiyyətin hüquqi legitim strukturları formalaşdırıldı. Prezident, parlament seçkiləri keçirilməklə tam demokratik dövlətçilik modeli dünyaya nümayiş olundu. Ölkəmiz dünyanın tam bərabər hüquqlu dövlətlərindən birinə çevrildi. Avropa Şurası kimi mötəbər təşkilatın üzvlüyünə qəbul edildi. MDB kimi Beynəlxalq təşkilatda təmsil olundu. Beynəlxalq tribunalardan Azərbaycanın səsi daha ötkəm, daha gur səslənməyə başladı. Böyük şəxsiyyət Heydər Əliyev bütün dünyaya Azərbaycanı məhz belə tanıtmış oldu. Azərbaycanın nüfuzu ildən ilə artır, mövqeləri möhkəmlənirdi.

   Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Heydər Əliyev qətiyyətli  iradəsi, müdrikliyi , vətənpərvərliyi ilə  bütün dünya azərbaycanlılarının liderinə çevrilib, ömür yolu doğma Vətənə xidmət nümunəsindən ibarətdir. Bütün ömrünü həddindən artıq sevdiyi xalqına, dövlətinə həsr etmiş bu dahi şəxsiyyət tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yadda qalıb. Heydər Əliyev fenomeninə məxsus millət atasına məxsus xüsusi keyfiyyətlər ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Hərtərəfli xüsusi istedada malik olması  sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Ona görə də qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Bu gün Azərbaycan dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib.Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu