19 May 2024

109 yaşlı qadının uzunömürlük sirri – 30 ildir boşanıb

ABŞ sakini Jenni Libertini 109 yaşını qeyd edib.

Budəfəki ad gününü ahıllar evində keçirən təqaüdçü uzun ömürlülüyün sirrini açıb.

109 yaşlı qadın müntəzəm olaraq binqo oyunu oynayır, hətta yarışlara da qoşulur.

Qadının rəfiqəsi onun daha bir sirrini açıb. Rəfiqəmin çox yaşamasının sirri ərinin olmamasıdır.

“30 ildir boşanıb, heç bir stresi yoxdur. Qadını qocaldan evlilikdir”.

Libertini 1915-ci ildə immiqrantlar ailəsində doğulub, 18 yaşında ailə qurub. Bir oğlu 83 yaşında vəfat edib.

Ötən il yıxılan qadın o vaxtdan əlil arabasındadır.

Ad gününü rəfiqələri və qocalar evinin sakinləri ilə qeyd edən qadın az danışır, amma mehribandır.//Medicina.az